Threads’dən ilk YENİLİK

Qısa müddətdə 100 milyon istifadəçiyə çatan tətbiqə yeni funksiyaların gələcəyi daha əvvəl deyilmişdi.

İstifadəçiləri daha çox gözləmək istəməyən Meta, Threads-in iOS ekosistemində ilk böyük yeniləməsini buraxıb.

Bununla belə, yeni funksiyaların qısa müddət ərzində Android istifadəçilərinə təqdim ediləcəyi gözlənilir.

Threads-də ən mühüm yeniliklərdən biri yalnız izlənilən istifadəçilərin paylaşımlarının göstərilməsi idi. Beləliklə, tətbiq indi daha çox Twitter-ə bənzəyir.

Yeniləmə ilə paylaşımları tərcümə etməyə imkan verən düymə də əlavə edilib.

Bundan başqa, istifadəçilərin proqramdan istifadə edərkən qarşılaşdıqları bir çox problemlər də aradan qaldırılıb.

Threads'dən ilk YENİLİK