Tesla şirkəti Giga Water Loop adlı obyekt inşa etmək niyyətindədir

Tesla-nın Texas ştatında inşa edilən Gigafactory zavodu ilə bağlı dokumentasiyasında Giga Water Loop adlı obyekt qeyd edilib. Beləliklə məlumdur ki, Tesla öz zavodu ərazisində Giga Water Loop adlı hansısa obyekti inşa etmək niyyətindədir. Böyük ehtimal ilə bu obyekt Texas ştatındakı zavod ilə birbaşa əlaqəli olacaq. Obyektin adından da göründüyü kimi o, su ilə bağlı olacaq.

Lakin obyektin hansı məqsədlərdə istifadə ediləcəyi bilinmir. Daha öncə Tesla bildirmişdi ki, o, Texas ştatındakı kompleksi çərçivəsində ekoloji obyekt inşa etməyi planlaşdırır və həmin obyekt bütün insanlar üçün açıq olacaq. Giga Water Loop-un məhz həmin ekoloji obyektə aid olduğu da istisna edilmir. Bu həmçinin təkrar istifadə üçün nəzərdə tutulmuş çirkli suyun təmizlənməsi sistemi də ola bilər./technote