TELEGRAM-A NÖVBƏTİ BÖYÜK YENİLƏNMƏ GƏLİB

Telegram növbəti böyük yenilənməni əldə edib. Tərtibatçılar messencerin yeni versiyasında çoxlu sayda yeni funksiyalar reallaşdırıblar. Reallaşdırılmış yeni funksiyalar messencerin funksionallığını daha da genişləndirirlər. Beləliklə Telegram-da reallaşdırılmış əsas yeniliklərdən biri də odur ki, bundan sonra messencerdə qeydiyyatdan keçmək üçün istifadəçinin mobil telefon nömrəsinə sahib olması şərt deyil. Belə ki, istifadəçi bunun üçün Fragment adı saytda kriptovalyuta qarşılığında anonim virtual nömrə ala bilər. Qeyd etmək lazımdır ki, Fragment platforması Telegram ilə sıx əlaqəlidir və orda istifadəçilər virtual nömrələrdən ələvə olaraq öz istifadəçi hesabları üçün unikal ləqəblər (nickname) də ala bilərlər.

Telegram

    İstifadəçi öz istəyinə uyğun olaraq yadda qalan unikal virtual nömrə və ya platforma tərəfindən təsadüfi seçilmiş virtual nömrə ala bilər. Birinci variantda virtual nömrənin qiyməti bir neçə min dollar təşkil edə bilər. Təyin edilmiş müəyyən vaxt aralığından sonra avtomatik silinən çatlar funksiyasına yeni çatların təyin edilmiş zaman aralığından sonra silinməsi də daxil edilib. Bu halda köhnə çatlar silinməmiş olaraq qalacaqlar.

Telegram

    Bir neçə müddət bundan öncə böyük istifadəçi kütləsinə sahib qrupların adminləri qruplardakı çatları ayrı-ayrı mövzulara ayırmaq imkanını əldə etmişdilər. İndi isə məlum olub ki, qruplardakı çatları ayrı-ayrı mövzulara ayırmaq üçün tələb edilən istifadəçi sayı 100-ə endirilib. Bununla yanaşı bu imkanın interfeysində ayrı-ayrı mövzuları əhatə edən çatların şaquli naviqasiya sistemi reallaşdırılıb. Qrup daxilində bərkidilməsi mümkün müxtəlif mövzulu çatların sayı 5-ə yüksəlib. Ayrı-ayrı mövzuları əhatə edən çatlardan əlavə olaraq qrup daxilində ümumi çat bölməsi aktivləşib.

Telegram

    Müxtəlif mövzulu çatlarda olan bütün mesajlar ümumi çatda əks olunurlar. 200 və ya 200-dən çox istifadəçiyə sahib çatlarda spamçılar ilə mübarizə aparmaq üçün Telegram-a antispam filtr əlavə edilib. Bu filtr öz alqoritmi vasitəsilə şübhəli mesajları analiz edib qiymətləndirəndən sonra onları silir. Qeyd etmək lazımdır ki, Telegram-da bu və ya digər istifadəçini sürətli şəkildə kontaktlar siyahısına daxil etmək üçün istifadəçinin sadəcə QR kodunu skan etmək lazımdır. İndi isə QR kodun yaradılması funksiyası həmçinin telefon nömrələri və adları gizli şəkildə saxlanılan istifadəçilər üçün də aktivləşdirilib.

Telegram

    Lakin onlar öz hesabları üçün yalnız müddətli QR kod yarada bilərlər. Telegram-ın iOS versiyasına açar sözlər vasitəsilə emojilərin axtarışı funksiyası istifadəyə verilib. Daha öncə bu funksiya messencerin yalnız Android versiyasında aktiv idi. Bundan əlavə olaraq Telegram-a sahib mobil cihazın yaddaşının daha effektiv şəkildə idarəsi imkanı reallaşdırılıb. Belə ki, bundan sonra istifadəçi messencerin ayarlar bölməsində bu və ya digər çatın smartfon yaddaşında nə qədər yer tutuduğunu öyrənə və konkret növ media faylları (məsələn yalnız fotoları) silə biləcək. Əlavə olaraq Telegram Premium istifadəçiləri üçün 10 yeni emoji kataloqu əlavə edilib. Premium abunəliyə sahib olmayan istifadəçilər üçün isə yeni interaktiv emojilər ilə reaksiyalar aktivləşib.

Telegram

Telegram