TBİLİSİDƏ QƏDİR-XUM BAYRAMI MÜNASİBƏTİ İLƏ MƏRASİM TƏŞKİL OLUNUB

TBİLİSİDƏ QƏDİR-XUM BAYRAMI MÜNASİBƏTİ İLƏ MƏRASİM TƏŞKİL OLUNUB

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bu gün Həzrət İmam Əlinin (ə) imamət məqamına təyin olunduğu gün “Qədir-xum” bayramı ilə əlaqədar axşam namazından sonra Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində yerli və ətraf məntəqələrdən dəvət olunan inanclı müsəlmanların iştirakı mərasim ilə təşkil olunub.

Məscidin həyətində təşkil olunan mərasim “Əhli-beyt” məscidinin axundu Hacı Rahidin Qurani-Kərimdən ayələrin tilavəti və giriş sözü ilə başlayıb. Şeir və ilahilər sədaları altında və şən mənəvi abu həvada keçirilən mərasimdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İdarənin Kvemo Kartli üzrə nümayəndəsi Hacı Qurban Murquzov çıxış edib. Onlar “Qədir-xum” bayramının mənası, tarixi həqiqəti, əhəmiyyəti və önəmi danışıb Peyğəmbərimizin (s) son və önəmli sifariş və vəsiyyətini müsəlmanlara xatırladıblar.
Gürcüstanlı məddah Səid Həsənin və azyaşlı uşaqların ifa etdiyi şeir və ilahilərlə davam edən mərasim İmam Zaman (ə) duası oxunmaqla sona çatıb. Mərasim sonrası tədbir iştirakçıları bayram süfrəsinə dəvət olunublar.

Qeyd edək ki, bu günlər Gürcüstanın bir çox bölgələrində, rayon və kəndlərdə, məscidlərdə dinimizin kamil olduğu və İlahi nemətin tamamlandığı gün olan “Qədir-xum” bayramı ilə əlaqədar mərasimlər təşkil olunur. Allah belə tədbirlərin təşkil olunmasında zəhmət çəkən hər kəsdən qəbul etsin.