TBİLİSİ CÜMƏ MƏSCİDİNDƏ KEÇİRİLƏN MƏRASİMDƏ ŞƏHİDLƏRİN RUHUNA QURAN OXUNUB, DUALAR EDİLİB VƏ EHSAN VERİLİB

TBİLİSİ CÜMƏ MƏSCİDİNDƏ KEÇİRİLƏN MƏRASİMDƏ ŞƏHİDLƏRİN RUHUNA QURAN OXUNUB, DUALAR EDİLİB VƏ EHSAN VERİLİB

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Səfər ayının iyirmisi Hz. İmam Hüseynin və vəfalı yaxınlarının, bir sözlə Kərbəla qəhrəmanlarının şəhid edilməsinin 40-cı – “Ərbəin” günüdür.

Bu münasibətlə dünyanın bir çox ölkələrində olduğu kimi Gürcüstanda yaşayan müsəlmanlar da bu mərasimi böyük ehtiramla yad edirlər.

Bu gün Tbilisi Cümə məscidində şəhər və ətraf kəndlərdən gələn müsəlmanların iştirakı ilə mərasim təşkil olunub.

Şəhidlərin ruhuna Quran tilavəti ilə başlayan mərasimdə Ərbəin mahiyyə və faydaları haqda söhbətlər edilib, İmam Hüseyn (ə) və şəhidlərə aid mərsiyələr oxunub. Mərasimdə iştirak edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov Ərbəin münasibəti ilə təsliyət deyib, eləcə də Milli dövlət olan Azərbaycanın doğma torpaqlarının işğaldan azad edilməsi uğrunda şəhid olanlara və xüsusi ilə son günlərdə şəhidlik mərtəbəsinə yüksələnlərə rəhmət diləyib, başsağlığını çatdırıb, Şafi Allahdan qazilərin şəfası istənilib. Vətənimiz Gürcüstanın torpaqlarının da işğaldan azad olaraq ərazi bütövlüyünün təmini və dünyada sülh əminamanlığın bərqarar olunması üçün də dualar edilib.

Ziyarətnamə və dua ilə bitən mərasim sonrasında iştirakçılara Kərbəla və Azərbaycan şəhidlərinə hazırlanan ehsan paylanıb.