Tbilisi Əhlibeyt(ə) məscidində imam Mehdinin(ə) təvəllüd məclisi qeyd edilib(Foto)

Ötən gün Şam namazından sonra Əhli-beyt(ə) məscidində əsrimizin imamı həzrət Sahib Zaman(ə.c) təvəllüd məclisi keçirilib.

Məclis ilahiyyatçı və Quran qarisi Vidadi Qurbanovun tilavəti ilə başlayıb. Məsclisin davamında Təbrizli din alimi Ayətullah Səfəvi Xalxali dinləyicilərə imam Zaman(ə.c) intizarını çəkməyin fəzilətlərindən danışaraq, əsrimizin imamı ilə necə əlaqə qurmaq zəmnində söhbətini davam etdi. Sonra dəyərli din xadimi ilahiyyatçı Əli Əliyev çıxış edərək bu cür məclislərin davamlı keçrilməsinin zərurliliyinə işarə etdi. Şair Əbuzər Allahveriyev gözəl şerlərlə məclisi nurlandırdı. Sonda məscisin azyaşlı tələbələri ilahilər və şerlər oxudular.