Tarixdə ilk dəfə kişi pasient beyin implantı köməyi ilə Parkinson xəstəliyinin simptomlarından azad olub

Tarixdə ilk dəfə kişi pasient beyin implantı köməyi ilə Parkinson xəstəliyinin simptomlarından azad olub

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Böyük Britaniyada tarixdə ilk dəfə kişi pasient kiçik beyin implantı köməyi ilə Parkinson xəstəliyinin simptomlarından azad olub. Sözügedən qeyri-adi müalicə prosesindən keçmiş ilk pasient Tony Howells adlı Britaniya vətəndaşı olub. Bristolda yerləşən Sautmid adlı xəstəxanada sözügedən şəxsə dərin beyin stimulyasiyası (DBS) cihazı yerləşdirilib. Bu cihaz beynin zədələnmiş sahələrinə elektrik impulsu göndərə bilir. Howells-in sözlərinə əsasən əməliyyatdan öncə o, küçədə normal şəkildə gəzməyə cəhd göstərib. Lakin nəticədə sadəcə 200 metr yeriyə bilib. “Əməliyyatdan sonra mən yenidən gəzməyə yollandım və 4 km yol qətt edə bildim. Bu, möhtəşəm idi” – deyə Howells qeyd edib.

    Qeyd etmək lazımdır ki, hal hazırda dünyada Parkinson xəstələyinin dərmanı mövcud deyil. Bu, sinir sisteminin degenerativ xəstəliyidir. Parkinson xəstəliyinin simptomları arasında qeyri-iradi bədən titrəyişi, ləng hərəkətlər, əzələlərdə çevikliyin olmaması var. “Parkinson xəstəliyinə tutulmadığınız müddətdə bunun nə dərəcədə ağır bir xəstəlik olduğunu anlaya bilməzsiniz. Hətta ayaqqabı iplərinin bağlanması belə çox çətin bir tapşırığa çevrilir” – deyə Howells qeyd edib. Reallaşdırılmış əməliyyatın məğzi kardiostimulyatorun sahib olduğu batareya ölçüsündəki bir batareyanın pasientin sinə və ya mədə hissəsinə yerləşdirilməsindədir. Daha sonra batareyaya naqillər birləşdirilir və həmin naqillər pasientin dərisinin altından beyindəki implanta kimi uzanır. Yeni DBS sistemi indiyənə kimi yaradılmışlar arsında ən kiçiyidir./technote