Atəşpərəstlikdə Xvarna insana işıq, uğur, hərəkət gətirən, ona həqiqi azadlığın mənasını anladan ilahi qüvvə kimi dəyərləndirilir.
***
404-cü ildə yanan Ayasofya məbədi yenidən inşa edilərək 415-ci ilin 8 oktyabrında yenidən istifadəyə verildi.
***
Tarixə “Böyük Çikaqo (Chicago) yanğını” olaraq düşən hadisə 1871-ci il 8 oktyabrda baş verib. Fəlakət bütün şəhərin 2 gün içində yanmasına səbəb olub.
***
8 oktyabr 1912-ci ildə Bolqarıstan, Yunanıstan, Serbiya və Çernoqoriyanın Osmanlı dövlətinə müharibə elan etməsilə Birinci Balkan Müharibəsi başladı.
***
1925-ci il 8 oktyabrda yəhudi və erməni icmalarının ruhani başçıları Lozanna Müqaviləsinin Azlıqların Qorunması ilə bağlı müddəalarının tanıdığı haqlarından imtina edərək Türkiyə dövlətinin qanunlarına tabe olacaqlarını açıqladılar.
***
1934-cü ilin 8 oktyabrında Türkiyə Böyük Millət Məclisində qəbul edilən qanunla qadınlara deputat seçmək və seçilmək haqqı verildi.
***
1952-ci il 8 oktyabrda Londonda üç qatar toqquşdu və yaranan qəzada 112 nəfər həyatını itirdi.
***
Rusiyanın tanınmış yazıçısı Aleksandr Soljenitsinə 1970-ci ilin 8 oktyabrında Nobel Ədəbiyyat Mükafatı verildi.
***
2005-ci il 8 oktyabrda Pakistanın Kəşmir əyalətində 7,6 bal gücündə zəlzələ baş verdi: 75 min adam öldü, 106 min nəfər yaralandı.
***
8 oktyabr 2008-ci ildə Türkiyənin Diyarbəkir rayonunda polis məktəbinin servis maşını PKK terrorçularının hücumuna məruz qaldı: 5 adam şəhid oldu, 16-sı polis olmaqla 21 nəfər yaralandı.
***
8 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.
Orta əsrlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Saib Təbrizi 1601-ci ilin bu günü dünyaya gəlib. Əsasən Azərbaycan və fars dillərində yazan şair İraq (Baqdad), Türkiyə, Əfqanıstan, Məkkə, Mədinədə olub, təhsilini təkmilləşdirib, dövrün tanınmış alim və şairlərilə görüşüb.
25 yaşında (1626) Hindistana gedən şair 6 ildən çox burada yaşayıb, bir müddət Şah Cahanın saray şairi olub. Sonra Səfəvi hökmdarı Şah Abbas onu öz sarayına çağırıb, məlüküş-şüəra təyin edib.
Saib Təbrizi Füzuli ədəbi məktəbinin davamçısıdır. Təqribən 300 min şeiri olduğu ehtimal edilir. Hindistanın Lakhnay şəhərindəki kitabxanada onun 230 min misradan çox yeganə tam külliyatı aşkara çıxarılıb və Azərbaycan Elmlər Akademiyasına hədiyyə olunub. (1601-1676)
***
Tanınmış alman biokimyaçısı, fizioloq Otto Henrix Varburq (Otto Heinrich Warburg) 1883-cü ilin bu günü dünyaya gəlib. Tənəffüs fermentlərinin təbiəti və funksiyalarını kəşf etdiyinə görə 1931-ci ildə Nobel mükafatına layiq görülən Otto kimya və fiziologiyada geniş istifadə edilən bir çox cihaz və alət, həmçinin bioloji obyektlərin tədqiqat metodlarını hazırlayaraq təkmilləşdirib. (1883-1970)
***
8 oktyabr 1967-ci ildə Ernesto Çe Qevara (Ernesto Che Guevara) və adamları Boliviyada Laiqera (La Higuera) münaqişəsində yaralı olaraq tutulub və 1 gün sonra güllələnib. (1928-1967)
***