13 sentyabr 1921-ci ildə 21 gün davam edən Sakarya Meydan Müharibəsi Türk Ordusunun qələbəsi ilə nəticələnib. Ağır itkilər verən və mübarizə etmək istəyini itirən yunan ordusu geri çəkilmək və Anadolunu işğal etmək istəyindən imtina etmək məcburiyyətində qalıb.
13 sentyabr 1991-ci ildə Türk futbolunun əfsanəvi adı Metin Oktay yol qəzası nəticəsində 55 yaşında vəfat edib.
13 sentyabr 1993-cü ildə Fələstin Azadlıq Təşkilatının lideri Yasir Ərəfat və İsrailin Baş naziri Yitzak Rabin İsrailin Qəzza zolağından və İordan çayının qərb sahilindən çəkilməsinə dair razılığa gəliblər./trt