“İcazül-Quran vəs-Sünnə” xəbər saytı “Tariq” surəsi ilə bağlı elmi mülahizələr başlıqlı qeyddə bu surənin 1, 2 və 3-cü ayələrinin elmi təfsirini müzakirə etmişdir. Həmçinin bu ayələrin möcüzələrini təbiət elmləri ilə isbat etmişdir.
Bu surədə buyurulur: “And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!). (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir?!” (Tariq, 1 və 2).
“Tariq” səma cismidir ki, iki xüsusiyyəti vardır; Biri ulduzdur, digəri isə nüfuz edəndir. Bu xüsusiyyətləri hər hansı bir göy cismi ilə müqayisə etsək, anlayarıq ki, neytron ulduzun bu xüsusiyyətlərə malik olduğunu görərik. Çünki həm ulduzdur həm nüfuz edir və həm də nizamlı impulsları və döyüntüləri var.
“Əl-Tariq” Neytron ulduzlarından əks olunan dalğalar kimi müntəzəm və arxa-arxaya döyüntülərə sahibdir. Bir neytron ulduzu məlum olan ən yüksək maddə sıxlığına malikdir və o qədər ağırdır ki, onun üzərinə düşsə, yeri deşəcək.
Bu ulduz qeyri-adi şəkildə fırlanmağa başlayır və saniyədə yüzlərlə dövrə edir. Fırlanma sürətinə və enerjisinin sürətinə görə ətrafında çox güclü elektromaqnit sahəsi yaradan sürətli impulslara malikdir. Bu da çəkic səsinə bənzər bir səs çıxarır. Ona görə də elm adamları bu ulduzlar üçün ən yaxşı adın nəhəng çəkiclər olduğunu bildirmişlər. buna görə də öz araşdırmalarında onlasrı bu adla adlandırıblar. Ancaq bəzi elm adamları səsin vakuumda yayılmadığı halda səsin necə real ola biləcəyi ilə maraqlanırlar.
Alimlər bu səsləri lentə alaraq öz elmi saytlarından təqdim ediblər. Bu, cihazlar tərəfindən qeydə alınan real səslərdir. Baxmayaraq ki, səs vakuumda yayımlanmır. Lakin cihazlar ulduzlardan gələn radio radiasiyasını təhlil etdikdən sonra onların səslərini yaza bilirlər.
Elə radioteleskoplar var ki, bu ulduzlardan yüksək dəqiqliklə radio flaşları almışlar. Siqnallar ardıcıl olaraq gəlir: (Bip..bip..bip) və hər siqnal bir saniyədən az davam edir və hər dəfə təkrarlanır. Bu tezliklər gənclikdə artır, qocalıqda isə azalır. Buna görə də, döyünən və parlayan ulduzlar var. Bunlar belə ulduzlar üçün xüsusi xüsusiyyətlərdir.
Uca Allahın bizə olan rəhmətidir ki, bu ulduzların səsi vakuumda yayılmır və buna görə də biz bu ulduzların səsini eşitmirik. Çünki onların səsi yerə çatsa, qulaqlarımız dərhal kar olardı! Lakin alimlər radiodalğaları təhlil etdikdən və bu ulduzların təsir mexanizmini araşdırdıqdan sonra onların bu səsləri yaydığını aşkar ediblər./iqna