Tanzaniyada naməlum epidemiya başlayıb

Tanzaniyada naməlum epidemiya başlayıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Tanzaniyada naməlum epidemiya başlayıb və artıq üç nəfər ölüb. Xəstəliklə bağlı araşdırmalara başlanılıb.

Bu barədə BBC məlumat yayıb.

Ölkənin cənubunda yerləşən Lindi bölgəsində ümumilikdə 13 hadisə qeydə alınıb. Xəstəliyin simptomları Ebolaya çox oxşardır – şiddətli baş ağrıları, qızdırma, yorğunluq və qanaxmalar, eyni zamanda burun qanamaları.

Tanzaniyanın Səhiyyə Nazirliyinin açıqlamasına görə, laboratoriya testlərinin ilkin nəticələri Ebola virusunun mövcudluğunu istisna edir. Ölkə hakimiyyəti yoluxmuş şəxslərin təmasda olduqları insanları araşdırır. Hazırda beş nəfər təcrid olunub.

Tanzaniyanın baş həkimi Ayfelo Siçalve vətəndaşları təlaşlanmamağa çağırıb. Sadalanan simptomları olan insanlar dərhal həkimə müraciət etməlidirlər.

Mənbə: MK.ru