İlahi dünyagörüşü ilə maddi dünyagörüşün fərqi ondadır ki, materialistlər bütün tanımağın alət və amillərindən istifadə etmirlər. İddialarına baxmayaraq, qoyunun orqan və elementlərini ancaq bıçaqla və başqa alətlərin köməyi olmadan tanımağa çalışan qəssab kimi tanımaq yolları natamamdır.
Tanımağın maneələri
Elmə mane olanlarla tanışlıq faydalıdır, lakin zəruridir. Çünki o suala cavab verir ki, tanımaq sahələrinə və vasitələrinə baxmayaraq, niyə bəzi insanlar yollarını azıb, tam və aydın biliyə çatmırlar?!
Biliyin qarşısında bir çox maneələr var, lakin biz burada onlardan bəzilərini qeyd edirik:
1_ Cismani vəsvəsələr
و من اضلّ ممّن اتّبع هویه “Nəfsinə tabe olandan daha azğın kim ola bilər?!” (Qəsəs, 50).
2_ Əcdadların yanlış adət-ənənələri
و قالوا ربّنا انّا اطعنا سادتنا و كبرائَنا فاضلّونا السّبیلاً
“İlahi, biz fasid böyüklərimizə və başçılarımıza itaət etdik, onlar da bizi yoldan çıxartdılar” (Əhzab, 67).
3_ düşüncə və təəssübkeşlik zülmü
و قالوا قلوبنا فى اكنّة ممّا تدعونا الیه و فى آذاننا وقر و مِن بیننا و بینك حجاب
“(Ya Peyğəmbər!) Onlar deyərlər: “Sənin bizi dəvət etdiyinə (tövhid dininə) qarşı qəlblərimiz örtülü, qulaqlarımız da kardır və bizimlə sənin aranda pərdə vardır. Sən (öz dininə) əməl et, biz də (öz dinimizə) əməl etməkdəyik! (Sən öz istədiyini et, biz də öz istədiyimizi!)” (Füssilət, 5.(
- Möhsin Qəraəti tərəfindən yazılmış “Əqidə prinsipləri (Tövhid)” kitabından götürülmüşdür.