Tədris ili sentyabrın 15-də başlayacaq və 60-a qədər dövlət məktəbi hibrid və ya distant rejimdə təhsil alacaq

Tədris ili sentyabrın 15-də başlayacaq və 60-a qədər dövlət məktəbi hibrid və ya distant rejimdə təhsil alacaq

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Gürcüstanın ümumi təhsil müəssisələrində 2022-2023-cü tədris ili sentyabrın 15-də başlayacaq – bu barədə Təhsil və Elm Nazirliyi bu gün, sentyabrın 12-də məlumat yayıb.

İlk dərs günündə bütün dövlət məktəblərində Gürcüstanın dövlət himni səsləndiriləcək və bayraq qaldırılacaq.

Gürcüstan məktəblərində birinci sinifdən on ikinci sinfə qədər 632 726 şagird təhsil alacaq.

Gürcüstan Təhsil və Elm Nazirliyi ilə Gürcüstan Parlamentinin Təhsil və Elm Komitəsinin birgə qərarına əsasən, sentyabrın 30-dək 6 yaşı tamam olacaq uşaqlara birinci sinfə qeydiyyatdan keçmək imkanı verilib. 2022-2023-cü tədris ili üçün Gürcüstan məktəblərində ümumilikdə 55 717 birinci sinif şagirdi təhsilə başlayacaq, o cümlədən 1 868 uşaq birinci sinfə şagird qeydiyyatı qaydalarına edilən dəyişiklik əsasında ümumi təhsil müəssisələrinə qəbul olunub.

Qeyd edək ki, 60-a yaxın dövlət ümumtəhsil məktəbində aparılan bərpa/təmir işləri ilə əlaqədar olaraq, tədris ili fərqli tarix və ya formatda – hibrid və ya distant rejimdə, yaxud alternativ ərazidə/yaxınlıqdakı məktəblərdə başlayacaq. Qeyd olunan məsələ ilə əlaqədar məktəb rəhbərliyi tərəfindən hər bir şagirdin valideynlərinə vaxtında məlumat verilir./etaloni