Təbii fotosintez lazım deyil: Alimlər bitkilərin tam qaranlıq mühitdə becərilməsi üsulunu kəşf ediblər

Təbii fotosintez lazım deyil: Alimlər bitkilərin tam qaranlıq mühitdə becərilməsi üsulunu kəşf ediblər

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

ABŞ-ın Riversayd şəhərində yerləşən Kaliforniya Universitetinin alimləri bitkilərin tam qaranlıq mühitdə bitmələrinin yolunu kəşf ediblər. Bunun üçün onlar süni fotosintezdən istifadə ediblər. Alimlərin fikirlərinə əsasən qida məhsullarının bu üsulla istehsalını həmçinin gələcəkdə Mars planetində də istifadə etmək mümkün olacaq. Fotosintez suyu, CO2 qazını və Günəş işığı enerjisini bizim qidalandığımız qida məhsullarına çevirmək üçün milyonlarla il təkamül prosesindən keçib. Alimlərin sözlərinə əsasən bu təbiət prosesi o qədər də effektiv deyil. Belə ki, Günəş şüalarının yalnız 1%-i bitkilər tərəfindən qəbul edilir. İndi isə amerikalı tədqiqatçılar təbii fotosintezdən yan keçərək tamamilə qaranlıq mühitdə qida məhsullarının istehsalı üsulunu kəşf ediblər.

    Bu, süni fotosintez vasitəsilə mümkün olub. Alimlər CO2 qazını elektrik enerjisinə, suyu isə sirkənin əsas tərkib komponenti olan asetata çevirmək üçün iki mərhələli prosesdən istifadə ediblər. Nəticədə bitkilər asetat qəbul edərək tam qaranlıq mühitdə böyüyə biliblər. Alimlərin sözlərinə əsasən Günəş panellərinin köməyi ilə elektrik enerjisinin generasiyası vasitəsilə qida məhsullarının bu istehsal üsulu təbii prosesdən 18 dəfə daha effektivdir. “Biz, qida məhsullarının elə bir istehsal prosesini yaratmaq istəyirdik ki, o, təbii fotosintez tərəfindən qoyulan məhdudiyyətlərdən yan keçə bilsin” – deyə Riversayd Kaliforniya Universitetinin mütəxəssisi Robert Jinkerson qeyd edib.

Təbii fotosintez lazım deyil: Alimlər bitkilərin tam qaranlıq mühitdə becərilməsi üsulunu kəşf ediblər

    Alimlərin fikirlərinə əsasən süni fotosintez vasitəsilə tam qaranlıq mühitdə pomidor, düyü və yaşıl noxud becərmək olar. Mütəxəssislər onu da qeyd ediblər ki, süni fotosintez iqlim dəyişiklikləri səbəbilə münbit şəraitini itirmiş mühitlərdə qida məhsullarının becərilməsi üzrə geniş imkanlar yaradır. Bu üsul ilə qida məhsullarını şəhər mühitində və hətta müyyən müddətdən sonra kənd təsərrüfatı üçün lazımi şəraitlərini itirəcək yerlərdə yetişdirmək olar. Alimlər hesab edirlər ki, gələcəkdə Ayda və Marsda daimi şəkildə məskunlaşacaq astronavtlar da bu üsuldan istifadə edərək qida məhsullarını əldə edə biləcəklər./technote