Bizim hər birimizin doğru və yanlışı ayırd etmək üçün meyarlarımız var ki ona əsasən mühakimə edirik. Amma Quran ayələri bizi tələsik mühakimə yürütməkdən çəkindirir. Həmçinin insanın bir hadisənin bütün cəhətlərindən xəbərsiz olduğunu xatırladır.
Quran bir neçə ayədə bizə xəbərdarlıq edir ki, ey insan! Fikirlərinizin və fərziyyələrinizin bir çoxunun düzgün əsası yoxdur. Nə çox pis hesab etdiyiniz və onlara nifrət bəslədiyiniz bir çox şey var, amma əslində sizin üçün xeyirlidir. Habelə nə çox sevdiyiniz şeylər var ki, əslində sizin üçün pisdir.
«…عسى أنْ تَكرَهوا شَیئاً و هو خیرٌ لَكُم و عَسى أنْ تُحِبُّوا شَیئاً و هو شَرٌّ لَكُم»
“Ola bilər ki, bir şey xoşunuza gəlmir, amma yaxşılığınız ondadır. Ya da bir şeyi sevin, halbuki pisliyiniz ondadır. Allah bilir, siz isə bilmirsiniz” (Bəqərə, 216).
Quranda həmçinin oxuyuruq: “Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun” (Nisa, 19).
Qurandakı “Hüsban” sözünə və onun kökündən tutulan sözlərinə diqqət yetirsək, görərik ki, Quran dəfələrlə bir çox təxəyyül və fərziyyələrin batil olduğunu bizə xəbərdarlıq edir. Ona görə də “belə düşünməyin”, “belə güman etməyin”, “belə fikirləşməyin” və bu kimi təbirlər səthi və tələsik baxışların tənqid edilməsinə dəlalət edir.
Başqa bir misal
Quranda oxuyuruq ki, mələklər Adəmi yaradanda (insan haqqında dərin biliyə malik olmadıqlarına görə) Allaha dedilər: Biz Səni təsbih edirik, biz Sənə ibadət etdiyimiz halda nə üçün fəsad törədən insanı yaradırsan?! Lakin Allah insana elm bəxş etməklə və ona canişin məqamını verməklə mələklərə sübut etdi ki, onların insan haqqında hökmü səthi və tələsikdir.
Bir sözlə, Allahın ədalətinə şübhəmiz olduqda deyirki ki, əgər Allah ədalətlidirsə, niyə belə edir deyə soruşuruq? Diqqət etməliyik ki, bir çox məsələlər və sirlər bizdən gizlidir. Biz həm elmi, həm əqli, həm də təcrübə baxımdan məhduduq.
Mükəmməl və dəyərli məzmunlu bir kitabı oxuyub, mənası bizə məlum olmayan bir sözlə rastlaşırıqsa, tələsik mühakimə etməməli və müəllifə haqsızlıq bildirməməli, anlayışımızı bir daha nəzərdən keçirməliyik.
Bir adamın evdə iti var idi. alış-verişə çıxıb tez qayıdacaq ümidi ilə körpə uşağı evdə tək qoydu. Geri dönəndə it onu ağzı qanlı qarşıladı. Öz-özünə fikirləşdi ki, it yəqin uşağı parçalayıb öldürüb. Əsəbiləşdiyi üçün tapançası ilə itə atəş açıb iti vurur. Tələsik evə qaçıb, lakin ağlına da gətirmədiyi mənzərə ilə qarşılaşıb.
Söhbət ondan ibarət idi ki, onların – şəhərdən kənarda olan – evinə bir canavar girərək uşağa hücum etdi. İt uşağı qorudu və canavarı caynaqları və dişləri ilə geri itələdi. Onun ağzı və üzü qanlı olur. Lakin ev sahibinin tələsik hökmü itə minnətdar olmaq əvəzinə onu öldürdü!
Ev sahibi etdiyi hərəkətdən peşman olub itin yanına gəlib onu ölümdən xilas etməyə çalışdı. Amma artıq gec idi. Peşmanlığı da faydasız idi. Deyir: Mən itin açıq olan gözlərinə baxdım və bu nidanı bu itin açıq gözlərindən qəlb qulaqlarımla eşitdim: Ey insan! Nə qədər tələsirsən və nə tez mühakimə edirsən?! Niyə evə girib baxmadan məni öldürdün?! Bu xoşagəlməz hadisədən sonra o, “Ey insan, nə tez hökm edirsən!” adlı məqalə yazıb.
- Möhsin Qəraəti tərəfindən yazılmış “İslamın əqidə prinsipləri (Ədalət)” kitabından götürülmüşdür.