Suriyalı jurnalist: “Zəlzələdən sağ çıxanların məscidlərdən başqa sığınacaqları yoxdur”

Suriyalı jurnalist Əhməd Əbu Loui bu ölkədəki zəlzələ qurbanlarının vəziyyətindən danışaraq deyib: “Suriyanı sarsıdan zəlzələ acınacaqlı və çətin bir vəziyyət yaratdı, çünki çoxlu ailələr həlak olub və bir çoxlarının ölənləri hələ də dağıntılar altındadır. Həmçinin dağıntılar altında bəzi ailələr də sağdır”.

Bu suriyalı jurnalist “Hədis Əl-Cəhra” proqramının jurnalisti Xeyri Ramazanla telefon danışığında əlavə edib: “Mülki müdafiə qrupları Suriyada vətəndaşları xilas etmək üçün çalışır. Lakin bunun üçün kifayət qədər güc və imkana malik deyillər. Həm də onların ixtiyarında az sayda texnika var ki, bu da onların axtarış işlərində çətinlik yaradır”.

O, Suriyanın dağıntılar altında qalan insanlara kömək etmək üçün hazırda avadanlıqlara ehtiyacı olduğunu bildirib və vurğulayıb: “Zəlzələdən sağ çıxanların qalmağa yeri yoxdur. Onlar müvəqqəti olaraq öz sığınacaqlarına sığınırlar və hazırda məscidlərdən sığınacaq kimi istifadə edirlər”./iqna