SURİYADAKİ ZƏLZƏLƏDƏ ÖLƏNLƏRİN SAYI ARTIR

Suriyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2032-yə çatıb.
Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Suriyadakı nümayəndəliyindən bildirilib.
Məlumata görə, həmçinin 5 minə yaxın ailə evlərini itirib, 50 min ailənin təcili yardıma ehtiyacı var. Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə qeydə alınan 7,7 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb./sputnik