Süd Yolundan 60 dəfə daha böyük: Alimlər kainatdakı ən böyük zərbə dalğasını müşahidə ediblər

Süd Yolundan 60 dəfə daha böyük: Alimlər kainatdakı ən böyük zərbə dalğasını müşahidə ediblər

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Astronomlar radiodiapazonda kainatdakı ən böyük zərbə dalğasının detallı fotosunu əldə edə biliblər. Müşahidə edilmiş zərbə dalğasının uzunluğu Süd Yolu qalaktikasından 60 dəfə daha böyükdür və o, kosmik məkanda işıq sürətinə yaxın bir sürətlə artıq 200 milyon il ərzində yayılır. Alimlərin fikirlərinə əsasən sözügedən zərbə dalğası 2 ədəd qalaktikalar topasının toqquşması nəticəsində yaranıb. Alimlərin bu tədqiqatları Yer kürəsindən 730 milyon işıq ili uzaqlığında yerləşən Abell 3667 adlı obyekt ilə bağlıdır. Sözügedən obyekt qalaktikalar topasıdır. Lakin faktiki olaraq Abell 3667 obyekti 2 ədəd qalaktikalar topasından ibarətdir və həmin topalar toqquşublar. Ümumilikdə bu prosesdə 550-dən çox ayrı-ayrı qalaktika iştirak edib.

Süd Yolundan 60 dəfə daha böyük: Alimlər kainatdakı ən böyük zərbə dalğasını müşahidə ediblər

Teleskopların əksəriyyəti bu prosesi müşahidə edə bilmirlər. Lakin qalaktikalardan ibarət topaların toqquşması nəticəsində nəhəng zərbə dalğası əmələ gəlib və həmin zərbə dalğası yalnız radiodiapazonda görünür. Sözügedən tədqiqat çərçviəsində alimlər MeerKAT adlı teleskopdan istifadə ediblər. Tədqiqatçıların fikirlərinə əsasən sözügedən zərbə dalğası 1 milyard il bundan öncə əmələ gəlib. Məhz 1 milyard il bundan öncə Abell 3667-yə daxil olan 2 ədəd qalaktikalar topası bir-birilə toqquşmağa başlamışdı. Bu cür obyektlərin birləşmələri nəticəsində elə böyük həcmdə enerji ifraz edilir ki, həmin enerjiyə bənzər enerji Böyük partlayışdan indiyənə kimi ifraz edilməyib.