Starlink peykləri GPS-i əvəz edə bilərlər

Starlink peykləri GPS-i əvəz edə bilərlər

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

SpaceX şirkətinin Starlink layihəsinin peyklərindəki siqnalları analiz edən zaman Ohayo Dövlət Universitetinin (Ohayo ştatı) mütəxəssisləri gözlənilməz nəticələr əldə ediblər. Məlum olub ki, Starlink bütün planeti internet şəbəkəsi ilə təmin etməkdən əlavə olaraq GPS və GLONASS (Rusiyanın peyk naviqasiya sistemi) kimi yerləşmə təyinatlarını dəqiq təyin edə bilir. Elon Musk Starlink peyk interneti layihəsini ona görə yaradıb ki, Yer kürəsinin hətta ən qəliz landşaftlı regionları internet şəbəkəsi ilə təmin edilsin və planetdəki hər bir insana siqnalın ötürülməsi prosesi asanlaşsın. Amerikalı tədqiqatçıların sözlərinə əsasən Elon Musk-ın Starlink layihəsi həmçinin yerləşmə təyinatlarını təyin edən mövcud sistemləri tamamlaya bilər.