SpaceX: ‘Starship raketi ilk orbital uçuşa tam hazırdır’

SpaceX şirkəti rəsmi şəkildə bildrib ki, o, Starship raketinin gələn ay üçün planlaşdırılan ilk orbital uçuşuna hazırdır. Məlumatda qeyd edilib ki, raketin mühərriklərinin 9 fevral tarixində keçirilmiş statik testlərindən sonra Starship yaxşı vəziyyətdə qalıb. Şirkət Starship-in ilk orbital uçuşunu gələn aya planlaşdırsa da, onun müvafiq nizamlayıcı orqandan icazəsi hələ də yoxdur. Qeyd etmək lazımdır ki, SpaceX keçən il ərzində dəfələrlə Starship raketinin ilk orbital uçuşunu reallaşdırmağa çalışıb. Lakin müxtəlif səbəblərdən uçuş təxirə salınıb. Həmin səbəblərdən biri də müvafiq nizamlayıcı orqandan icazənin olmamasıdır. Hal hazırda da sözügedən icazənin olmaması Starshhip-in gələn aya planlaşdırılan ilk orbital uçuşunu təxirə sala bilər./technote