Son zamanlarda saxta Google servisləri vasitəsilə reallaşdırılan kiberhücumların sayı artıb

Hackerlərin çoxunu isə məhz Youtube videoservisi maraqlandırır. Əgər oğurlanmış istifadəçi hesabı məşhurdursa, hackerlər onun Youtube kanalını xüsusi olaraq tərtib edirlər və kanalda müəyyən videonu canlı yayım formatında işə salırlar. Bu üsul ilə hackerlər istifadəçilərdən pul vəsaitlərinin ödənilməsini reallaşdıra bilirlər. İstifadəçilər tez-tez öz hesablarına kiberhücumlarla messencerlərdə və sosial şəbəkələrdə qarşılaşırlar. Hackerlər həmçinin bloggerlərin diqqət çəkəcək səviyyədə abunəçi sayına sahib kanallarından da istifadə edirlər. Bu üsul ilə onlar daha çox qurbandan istifadə edə bilərlər. Mütəxəssislər Elon Musk adından kriptovalyuta mövzusunda işə salınmış canlı yayımı misal gətiriblər.

    Bu cür canlı yayımın əsas məqsədi istifadəçinin güvənini qazanmaq və onu canlı yayımdakı QR kod vasitəsilə xüsusi səhifəyə keçidi reallaşdırmağa məcbur etməkdir. Bu cür QR kod vasitəsilə istifadəçi adətən fişinq resursa yönləndirilir və həmin resursda guya kriptovalyuta yarışması keçirilir. Kriptovalyuta uduşunun əldə edilməsi üçün hackerlər istifadəçidən müəyyən komissiyanın ödənilməsini tələb edirlər. Sözdə həmin komissiya kriptovalyuta uduşunun istifadəçi hesabına köçürülməsi üçün nəzərdə tutulmuş komissiyadır. Lazımi məbləği əldə edəndən sonra isə hackerlər sadəcə olaraq istifadəçi ilə əlaqəni dayandırırlar./technote