Şeyx Londonda Azərbaycan Səfirliyinə edilən hücuma belə reaksiya verdi

Şeyx Londonda Azərbaycan Səfirliyinə edilən hücuma belə reaksiya verdi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“Dini şüarlar altında Londonda Azərbaycan səfirliyinə edilən hücum və ölkənin bayrağının təhqircəsinə endirilməsi çox utancverici haldır. Qətiyyətlə bu halı pisləyirik. Bu cinayətdir və səbəbkarlar məsuliyyətə cəlb olunmalı, ağır cəzalandırılmalıdırlar. Ancaq İngiltərə dövlətininin bunu edəcəyinə inanmıram. Çünki bu kimi quruplaşmaları onlar yaradıb və maliyyələşdirirlər. Hər zaman hicaba qarşı olan bir dövlət Məhərrəmlik ayında ictimaiyyətin gözü önündə onlara qəmə vurmalarına (başıarını kəsici alətlərlə zədəmələrinə) izn verdikləri halda kənarda xoşagəlməz səhnəni çəkib medialarda tirajlayırlar. İslam dünyasında şiə, sünnü fitnəsi çıxarsınlar deyə “Fədək” adlı və bir neçə Tv kanal açıb Peyğəmbərimizin həyat yoldaşını, bəzi səhabələri və din alimlərimizi təhqir edirlər. Holivud səviyyəsində filmlər çəkib fitnə yaradırlar. Dünən məlum hadisə ingilisin polisinin gözü önündə baş versə də hadisəni kənardan sonunacan izlədiklərini də hər kəs gördü. İngilisin İslama nə qədər “xoş niyyətli” olduğu da hər kəsə məlumdur”.

Bu sözlərlə Aktual.ge xəbər portalına Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov ötən gün İngiltərənin paytaxtı Londonda Azərbaycan Səfirliyinə edilən radikalı hücumu dəyərləndirib.

‘Ötən gün Londonda Azərbaycan Səfirliyinə hücum olub və ölkənin bayrağı təhqir edilib bu haqda fikirinizi bilmək istərdik’ sualını şeyx belə cavablayıb:

“Sünnü məzhəbi içərisində radikal əqidəli təkfirçi quruplaşmaları yaradaraq İslam dünyasında fitnə törədənlər bu cəryanı da şiə məzhəbi içərisində yaratdılar ki, hər iki məzhəb içərisində radikal ideologiyaya xidmət edən, aşırı mühafizəkarlar, təkfirçilik olsun. Bununla da onlar öz məqsədlərinə yetişsinlər. Belə cərəyanların yaradılmasında məqsədləri İslamafobiyanın tamşaxəli icra etməyə bəhanə göstərmək, sülhsevər, mərhəmət tərəfdarı Əhlibeyt məktəbini qaralamaq, İslam dünyasında məzhəblərarasında fitnə və münaqişə yaradıb ümmətin vəhdətini pozmaq, aralarında qardaş qırğınına yol açmaq, İslamı və din alimlərini gözdən salmaqla insanları rəhmət dinindən uzaqlaşdırmaqdır. Heç də təsadüfü deyil ki, İngiliş kəşfiyyatını icad etdiyi bu qruplaşmaları müsəlmanlar çoxdan “ingilis şiəsi” adlandırıb. Səbəbi məlum olduğu kimi cərəyanın əsas mərkəzi, televizya kanallarının yayımlandığı yer və dəstək verən dövlət elə İngiltərə özü olmasıdır”.

Şeyx sözlərinə belə davam edib:

Bu quruplaşmanın yaradıcısı Şiə cildində ingilis casusu adnlandırılan əslən Kuveytli olan Yasir əl Həbib adlı şəxsdir. Fitnəkar və özünü “alim” hesab edən Yasir əl-Həbib hər zaman Allahdan qorxmadan, utanmadan, çəkinmədən İslam aləminin böyük alim və şəxsiyyətlərinə iftira və yalan nisbət verməyindən əlavə, onları məxsərəyə qoyaraq təhqir edir. O, öncə fəaliyyətini Kuveytdə başlasa da sonradan etdiyi iyrənc fəaliyyəti ifşa olduğundan həbs edilib daha sonra da ölkədən qovulub. Ölkədən qovulan həmən bu şəxsə maliyyə aldığı İngilis dövləti sığınacaq verib, dəstək göstəribdir. 10-dan çox müxtəlif dillərdə Tv kanallarına, çap edilən kitablarına, çəkdikləri filmlərə və fəaliyyətlərinə böyük məbləğlərdə dəstək göstərilir. Hər Aşura mərasimlərində başlarını yarmağı təbliğ edərək gənclər arasında qəmə vurmaq səhnələrinə böyük vəsait xərcləyirlər. Hal-hazırda onların həmfikirləri bir çox ərəb və qərb ölkələrində, hətta İran İslam Respublikasında Sadiq Hüseyn Şirazi tərəfdarları olub Şiraziçilik kimi tanınaraq fəaliyyət göstərirlər. Ötən il İranda onlara qadağa və təzyiqləri artırldığından İranın Londandakı səfirliyə də bənzəri hücum etmişdilər.

aktual.ge