ŞEKSPİR-İN ‘HAMLET’ PYESİ DNT-YƏ YAZILIB VƏ YAZILMIŞ MƏLUMATLARDA AÇAR SÖZLƏR ƏSASINDA AXTARIŞ APARILIB

DNT əsasında məlumatların saxlanması sistemlərinin hazırlanması ilə məşğul olan Catalog Technologies şirkəti öz inqilabi nailiyyəti barəsində xəbər verib. belə ki, şirkət DNT-də şifrələnmiş məlumatlar arasında sürətli paralel axtarışa nail ola bilib. DNT ilə çalışma prosesi öz sürəti ilə fərqlənmir. Lakin Catalog Technologies şirkəti bu prosesləri sürətləndirməyin yolunu tapıb. Perspektiv baxımından bu cür nailiyyət məlumatların inanılmaz dərəcədə sıxlıqla yazılması imkanına sahib yeni nəsil məlumat daşıyıcılarının yaradılmasına gətirib çıxarda bilər. Catalog Technologies şirkəti sintetik nukleotidlərdən hazırlanmış DNT-də məlumatların yazılması və oxunması sistemlərinin hazırlanması ilə məşğuldur.

    Təbiətdə bioloji məlumat 4 nukleotid tərəfindən yazılır. Əgər bu məhdudiyyətdən yan keçilsə, məlumatların kodlaşdırılmasını 2, 3 dəfə və ya daha çox yüksəltmək olar. Bu isə öz növbəsində kodlaşdırılan məlumatların sıxlıqlarının artması deməkdir. Nəticədə DNT-dən ibarət olan 1 qramm məhlulda 200 PT (petabayt) həcmində məlumat saxlamaq olar. Məlumatların müasir yazılma üsulları isə bu cür imkana sahib deyillər. Catalog Technologies şirkəti aparmış olduğu təcrübə çərçivəsində nisbətən böyük həcmli məlumatların DNT-yə yazılması və daha sonra yazılmış məlumatlar arasında açar sözlər üzrə axtarışın aparılmasını sərgiləyib.

Məlumatların DNT-yə yazılması üçün nəzərdə tutulmuş xüsusi qurğu:

Catalog image

    Beləliklə təcrübə çərçivəsində Şekspir-in “Hamlet” faciəsinin 17 000 sözdən ibarət böyük hissəsi şirkətin xüsusi təchizatı vasitəsilə DNT-yə yazılıb. DNT-yə yazılmış məlumatlar heç bir ilkin emal prosesindən keçməyiblər. Məlumatların yazılması və onların arasında açar sözlər əsasında axtarışın aparılmasına bir neçə dəqiqə vaxt sərf edilib. Əvvəllər isə bu cür sürət mümkün deyil idi. Nəticədə sistem axtarış sözü əsasında məlumatlardakı bütün hissələri tapa bilib. DNT ilə reaksiyaların baş verməsinə səbəb olan kimyəvi proseslər paralel olduqları üçün emal edilən məlumatların hansı həcmdə olmalarının bir fərqi yoxdur. Bu, 17 000 söz, 170 000 söz və ya 17 milyon söz də ola bilər. Gələn il şirkət DNT-yə yazılmış 100 milyon söz arasında axtarış prosesini reallaşdırmağı planlaşdırır./technote