Ötən axşam Saqareconun İor-Muğanlı kəndində Qədir-xum bayramı münasibəti ilə tədbir təşkil olunub.
Quran tilavəti ilə açıq elan olunan mərasimdə çıxış edən xətiblər “Qədir-xum” bayramının mənası, önəmi, mahiyyəti və tarixi həqiqətindən danışıb, Allahın son əmrini və Peyğəmbərimizin (s) son qiymətli sifarişini xatırladıblar.
Mərasimdə Peyğəmbər (s) və onun canişini İmam Əli haqqında şeir və mədhiyyələr söylənib.
Sonda tədbir iştirakçıları bayram süfrəsi ətrafında bir araya gəliblər.
- İyul 8, 2023
- 11:12 səhər
- Redactor