SANKSİYALARA BAXMAYARAQ HUAWEİ DÜNYANIN ƏN BÖYÜK SMARTFON İSTEHSALÇILARINDAN BİRİ OLUB

Statcounter adlı analitik şirkət bildirib ki, bu ayın statistikasına əsasən dünyada istifadə olunan bütün smartfonların 71.3%-i Android vasitəsilə çalışır. Ümumilikdə isə Android-in istifadəçi kütləsi 2.8 milyard insan təşkil edir. Maraqlısı ondadır ki, mövcud olan sanksiyalara baxmayaraq Huawei şirkəti dünyanın ən böyük smartfon istehsalçıları siyahısının ilk top beşliyinə daxil olub. AppBrain saytının məlumatına əsasən bu ilin noyabr ayına olan statistikaya əsasən dünyanın ən böyük Android smartfon istehsalçısı kimi Samsung şirkəti qalır.

qeFkYnz1HERz0cXUqnbuf6pF6uvJsX

 O bu bazarın 34.6%-nə sahibdir. Siyahının ikinci yerini Xiaomi (14.3%), üçüncü yerini OPPO (10.3%) dördüncü yerini isə Vivo (9.8%) tutur. Beşinci yerdə məhz Huawei şirkəti qərarlaşıb. O, Android smartfonlar bazarının 6.7%-nə sahibidr. Qeyd etmək lazımdır ki, 2018-ci ildə Huawei istehsal olunan smartfonların sayı məsələsində Apple şirkətini geridə qoymuşdu. 2020-ci ildə isə o bu məsələdə qısa müddətlik Samsung-u ikinci pilləyə endirmişdi.

    Lakin daha sonra ABŞ hökuməti Huawei şirkətinə qarşı müxtəlif sanksiyalar tətbiq etdi. Nəticədə Huawei Google servislərindən və vacib texnologiyalardan məhrum oldu. Ən əsas zərbə isə Huawei şirkətinin prosessor sahəsinə dəydi. Belə ki, ABŞ sanksiyaları səbəbilə şirkət artıq Kirin prosessorlarını istehsal edə bilmir. Google servislərinə və Android-ə alternativ olaraq şirkət özünün HarmonyOS əməliyyat sistemini inkişaf etdirməyə başladı./technote