Samsung Galaxy S24 Ultra-da kameralar hansı zoom göstəricilərinə sahib olacaqlar?

Ice Universe ləqəbli məşhur insayder Galaxy S24 smartfon seriyası barəsində məlumat verməyə davam edir. Bu dəfə insayder sözügedən seriyaya daxil olacaq Galaxy S24 Ultra modelindəki kameraların zoom göstəriciləri barəsində məlumat verib. Beləliklə insayderin sözlərinə əsasən smartfonda 5 qat zoom-u 50 MP-lik kamera təmin edəcək və həmin kameranın sensoru 1/2.5 düym ölçüsündə olacaq. Məlumatda qeyd edilib ki, 3 qat zoom-u isə 10 MP-lik kamera təmin edəcək. İnsayderin sözlərinə əsasən bu göstəricilər Xiaomi 13 Ultra-nın göstəricilərindən daha aşağı səviyyədədir. Belə ki, Xiaomi 13 Ultra-da həm 3 qat həm də 5 qat zoom-u 50 MP-lik kameralar təmin edirlər.