Samsung Galaxy Ring adlı smart üzüyünün kütləvi istehsalına hazırlaşır

Son 1 il ərzində ortaya çıxmış müxtəlif məlumatlara əsasən Samsung şirkəti yeni taxıla bilən cihaz üzərində çalışır. Söhbət, Galaxy Ring adlı smart üzükdən gedir. Verilmiş yeni məlumata əsasən şirkət artıq smart üzüyün kütləvi istehsalına start verməyə hazırlaşır. Məlumatda qeyd edilib ki, şirkət Galaxy Ring-in hazırlanma prosesini artıq yekunlaşdırıb. Sadəcə olaraq kütləvi istehsalatın start veriləcəyi tarixi təyin etmək lazımdır.

    İnsayderlər bildiriblər ki, bu, artıq avqust ayında baş tutacaq. Lakin bu, smart üzüyün yaxın zamanda təqdim olunacağı demək deyil. Belə ki, Galaxy Ring-in tibbi cihaz qismində sağlamlıq göstəricilərini ölçməsi üçün o, müxtəlif sertifikatlaşdırma proseslərindən keçməlidir. Bu səbəbdən də çox güman ki, şirkətin smart üzüyü gələn il təqdim olunacaq. Onun Galaxy S24 smartfon seriyası ilə birlikdə təqdim olunacağı da istisna deyil./technote