Samsung Galaxy A50 ilə S10 smartfonlarının dəstəkləri dayandırılıb

Samsung rəsmi şəkildə elan edib ki, bundan sonra o, Galaxy S10 və Galaxy A50 smartfonları üçün proqram təminatı yenilənmələrini təqdim etməyəcək. Beləliklə sözügedən smartfonlar üçün şirkət öz dəstəyini dayandırıb. Samsung saytında proqram yenilənməsi ilə bağlı olan səhifədə əks edilmiş qrafikdə Galaxy S10 ilə Galaxy A50 smartfonları artıq yoxdur. Bundan əlavə olaraq qrafikdə həmçinin Galaxy S10+ və Galaxy S10e modelləri də yoxdur.

    Qeyd etmək lazımdır ki, Galaxy A50 modeli vaxtı ikən Android 9 ilə satışa çıxmışdı və nəticədə smartfon Android 10 ilə Android 11-i əldə etdi. Galaxy S10, S10+ və S10e modelləri də bazara Android 9 ilə satışa çıxmış olsalar da, onlar Android 10, Android 11 və Android 12-ni əldə etdilər. Maraqlısı ondadır ki, şirkət Galaxy S10 seriyasının digər modelləri ilə eyni vaxtda satışa çıxmış Galaxy S10 5G modeli proqram təminatı yenilənmələrini əldə etməyə davam edəcək./technote