SAMAUNG GALAXY S23 ULTRA-NIN TEXNİKİ ÖZƏLLİKLƏRİ BARƏSİNDƏ MƏLUMATLAR ORTAYA ÇIXIB

Çinin TENAA adlı nizamlayıcı orqanının məlumatlar bazasında Samsung Galaxy S23 Ultra flaqman smartfonunun texniki göstəriciləri barəsində məlumatlar ortaya çıxıb. Ortaya çıxmış məlumatlar sözügedən smartfon barəsində olmuş daha öncəki məlumat sızıntılarını təsdiqləyib və onun haqqında daha öncə bilinməmiş məlumatları təqdim ediblər. Beləliklə ortaya çıxmış yeni məlumatlara əsasən Galaxy S23 Ultra smartfonu 1440×3088 piksel keyfiyyətli 6.8 düym ekran ilə təchiz olunacaq. Bununla yanaşı smartfon özündə 3.36 GHz tezlikdə çalışan prosessoru birləşdirəcək.

    Çox güman ki, söhbət, Snapdragon 8 Gen 2-dən gedir. Məlumata əsasən smartfon 256/512 GB və 1 TB daxili yaddaşa sahib olacaq. Smartfon dördlü arxa kamera ilə təchiz olunacaq və onlardan ən əsası 108 MP-lik olacaq. Çox güman ki, söhbət, 108 MP-lik ISOCELL HM3 kamera sensorundan gedir. 108 MP-lik əsas kamera ilə yanaşı Galaxy S23 Ultra smartfonu 12 MP-lik ultrageniş bucaqlı obyektiv, 12 MP-lik teleobyektiv və 2 MP-lik köməkçi obyektiv ilə təchiz olunacaq. Ön kamera isə 12 MP təşkil edəcək. Galaxy S23 smartfon seriyasının gələn ilin əvvəlində təqdim ediləcəyi gözlənilir./technote