Sakstat: May ayında Gürcüstanda tikinti bahalaşıb

Milli Statistika Xidmətinin məlumatına əsasən, 2023-cü ilin may ayında tikinti xərcləri indeksi əvvəlki ayla müqayisədə 2,5 faiz artıb.

Sakstat-ın məlumatına əsasən, sözügedən dəyişiklik əsasən tikinti sənayesində muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqının 9,0 faiz artması ilə əlaqədar olub. Bu da ümumi indeks dəyişikliyinə 2,55 faiz bəndi daxil edib.

Bundan əlavə, agentliyin məlumatına əsasən, 2022-ci ilin fevral ayı ilə müqayisədə tikinti xərcləri indeksi 8,2 faiz artıb. İndeksin artımı əsasən tikinti sahəsində çalışan işçilərin orta aylıq nominal əmək haqqının 17,1 faiz artması hesabına baş verib. Bu da indeksin ümumi dəyişməsində 4,67 faiz bəndini daxil edib./1tv