Səudiyyə rəsmiləri Ümrə Həcci üçün 850 000 viza verib

Səudiyyə rəsmiləri Ümrə Həcci üçün 850 000 viza verib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Səudiyyə Ərəbistanının Həcc nazirinin müavini Əbdül-Fəttah Məşət xarici zəvvarlar üçün Ümrə ziyarətinə heç bir məhdudiyyət qoyulmadığını açıqlayıb.

Verilən vizaların ümumi sayına gəlincə, Məşət bildirib ki, Səudiyyə Ərəbistanı bu il Ümrə mövsümü başlayandan indiyədək 850 mindən çox viza verib. İndiyədək 25 minə yaxın viza müraciəti edən şəxs Ümrə ayinlərini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına daxil olub.

Səudiyyə Ərəbistanı 2030-cu il planına əsaslanaraq, zəvvarlara göstərilən xidmətləri genişləndirərək hər il 30 milyon zəvvar qəbul etməyi planlaşdırır./iqna