Səhər saatlarından Facebook-da ciddi sistem xətası yaşanıb

Səhər saatlarından Facebook-da ciddi sistem xətası yaşanıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bugün səhər saatlarında Facebook istifadəçiləri sosial şəbəkədə problemlərin olduqları barəsində məlumat verməyə başladılar. Belə ki, onların sözlərinə əsasən sosial şəbəkənin ana səhifəsində ənənəvi paylaşımlar əks olunmurdular. Facebook istifadəçilərinin 73%-i sosial şəbəkənin ana səhifəsində, 20%-i Facebook tətbiqində, 7%-i isə veb saytda olan problemlərdən şikayətlənib. Səhər saatlarından yaranmış problem çərçivəsində istifadəçilər öz hesablarının ana səhifələrində məşhur şəxslərin səhifələrinə digərləri tərəfindən paylaşılmış fotoları və statusları görüblər. Bu, bir növ spam-a bənzəyib. Facebok-un hack edilməsi barəsində rəsmi bir məlumat yoxdur. Böyük ehtimal ilə sosial şəbəkə daxilində ciddi sistem xətası baş verib. Lakin hal hazırda sosial şəbəkə xətasız işinə geri qayıdıb.