"ƏRBƏİN" ƏRƏFƏSİNDƏ MİLYONLARLA MÜSƏLMAN KƏRBƏLAYA AXIŞIB – Foto

“ƏRBƏİN” ƏRƏFƏSİNDƏ MİLYONLARLA MÜSƏLMAN KƏRBƏLAYA AXIŞIB – Foto

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bu il Kərbəlaya İmam Hüseynin (ə) Ərbəin mərasimi ərəfəsində gələn zəvvarların sayı 21 milyonu ötüb. Bu haqda Həzrət Əbbas ziyarətgahının təşkilati qurumunun rəsmi məlumatında bildirilir.
Dünyanın ən böyük ictimai toplusu kimi qeydə alınan Ərbəin ziyarətinə dünyanın 80-dən çox ölkəsindən zəvvarlar cəm olub.
Eşq səfərinə gələn zəvvarların əksəriyyəti yüzlərlə kilometr məsafəni piyada qət edərək, Kərbəla şəhərinə çatıblar.
“Ərbəin” yürüşündə Gürcüstanlı və Azərbaycanlı zəvvarlar da aktiv iştirak edirlər.
Qeyd edək ki, bu yürüşdə məzhəbindən aşlı olmayaraq Hüseynsevər müsəlmanlar və eyni zamanda başqa dinin nümayəndələri də iştirak edib.
Allah bu yolda çəkilən zəhmətləri, edilən ziyarətləri qəbul etsin. Amin!