Bütün Gürcüstan Müsəlmanları İdarəsi ötən bayramlarda olduğu kimi, bu il də qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar müsəlman məhkumlar üçün bayram yeməklərinin qəbulu ilə bağlı Xüsusi Penitensiar Xidmətə müraciət edib. Xüsusi Penitensiar Xidmət Müsəlmanlar İdarəsinin müraciətinə baxaraq, öz səlahiyyətləri daxilində mövcud qanunvericiliyə uyğun olaraq 20-21 aprel tarixlərində aşağıda göstərilən ərzaq məhsullarının müəssisələrə buraxılmasına icazə verib.
Ramazan bayramı ilə əlaqədar müəssisələrdə icazə verilən qidaların siyahısı:
1.) Soyutma ət – 3 kq.
2.) Plov – 2 kq.
3.)Pendir – 2 kq.
4.) Üzüm qurusu əlavə olunmuş tort
5.) Qızardılmış və soyutma toyuq əti.
6.) Xiyar-pomidor 3 – kq.
7.) Meyvə – 5 kq.
Qeyd edək ki, penitensiar müəssisələrdə bağlamaların qəbulu saat 09:00-dan başlayaraq saat 18:00-dək davam edəcək.
24news.ge