Ramazan Bayramı münasibəti ilə İran İslam Respulikasının Gürcüstandakı səfirliyi xeyirxah aksiya keçirmişdir.
Artıq üç ildir davam edən bu layihə zamanı içərisində müxtəlif ərzaq və qida məhsulları olan yardım paketləri aztəminatlı və ehtiyacı olan ailələrə paylanılır.
Bu il də ötən illərdən sayca daha çox, ümumilikdə 500 ədəd ərzaq qutuları şəkilində ölkəmizin müsəlmanlar yaşayan müxtəlif bölgələrində paylanmışdır.
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İdarənin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov və Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze bayram öncəsi Tbilisi Cümə məscidini ziyarət edən İran İslam Respublikasının səfiri cənab Mahmud Ədibə bu xeyirxah addımı yüksək dəyərləndirdiklərini bildirib təşəkkür ediblər. İran İslam Respublikasının səfiri Ramazan ayının paylaşmaq ayı olduğuna işarə edərək bu yardım proqramının bundan sonra da davam edəcəyini bildirdi.