Ramazan ayında müsəlmanların ən mühüm adətlərindən biri ehtiyacı olanlara kömək etməkdir ki, bu da İslam mətnlərində müxtəlif aspektlərdə vurğulanır. Onların bəziləri ilə aşağıda tanış olacayıq:
1_ Halal maldan ehsan və infaq etmək
Qurani-Kərim buyurur: “Ey iman gətirənlər, qazandığınız təmiz maldan xərcləyin”.
2_ Şəxslərin nüfuzunu qorumaqla infaq etmək
Mübarək Ramazan ayında gizli sədəqənin vacibliyi vurğulanır və deyilir: “Gizli sədəqə Allahın qəzəb atəşini söndürər”.
3_ Ən yaxşılar şeylərdən infaq etmək
Qurani-Kərimdə buyurulur: “Yalnız sevdiyiniz şeylərdən xərclədiyiniz zaman yaxşılığa yetişərsiniz”.
4_ Kasıb istəməmişdən qabaq infaq etmək
Hədislərdə qeyd olunur ki, insanın nüfuzunu qorumaq üçün ehtiyacı olanların ehtiyacını onlar ifadə etməmişdən əvvəl ödəmək daha yaxşıdır.
5_ Minnət qoymadan infaq etmək
Qurani-Kərim buyurur: “Ey iman gətirənlər, sədəqənizi minnət qoymaqla və əziyyət etməklə batil etməyin”.
6_ Kasıb qohumlara kömək etmək
Rəhmət Peyğəmbərindən (s) soruşdular: Hansı sədəqə daha yaxşıdır? Buyurdu: “Yoxsul qohumlara sədəqə vermək”.
Burada hər iki məna nəzərdə tutulur, əgər insanın qohumu kasıbdırsa, onu önə salmaq lazımdır. Əgər qohumu həmin şəxslə yola getmirsə və araları yoxdursa, şəxs onunla ünsiyyətdə olmaqla düşmənçiliyi kin-küdurəti aradan qaldırır.
Hədisdə buyurulur: “Nə qədər ki, qohumu möhtacdır, başqalarına sədəqə vermək caiz deyil.
7_ Zamana və məkanı riayət etmək
İbadətin, o cümlədən sədəqənin savabında zaman və məkan təsirlidir. Buna əsaslanaraq, insan Ramazan ayının gecə və gündüzlərində camaata xidmət etməyi, möminlərin işlərini sahmana salmağı, kasıblara, ehtiyacı olanlara sədəqə verməyi əsirgəməməlidir.
* “Kənzul-Məraram fi Əmali Şəhrs-Siyam” kitabından götürülmüşdür.