Rəhbərlər və insanlar arasında ünsiyyət üçün İslam modeli

Rəhbərlər və insanlar arasında ünsiyyət üçün İslam modeli

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“Şüəra” surəsinin əvvəlində İslam Peyğəmbərinin (s) cəmiyyətin vəziyyəti ilə bağlı hallarına işarə edilir və buyurur: “Bəlkə də inanmadıqları üçün kədərdən özünü məhv etmək istəyirsən!” (Şüəra, 3).

İslam Peyğəmbəri (s) bütün insanlara, xüsusən də cəmiyyət rəhbərlərinə və ən əsası dini cəmiyyət rəhbərlərinə örnəkdir. Bu ayəyə əsasən, onlara qarşı o qədər nigaran və mərhəmətlidir ki, elə bil canı təhlükəyə düşür.

Bu ayədən belə başa düşmək olar ki, camaatın bir hissəsi iman gətirib səadət yolundadır. Lakin bu məsələ cəmiyyətin rəhbəri olan Peyğəmbəri (s) qane etmir. Çünki Peyğəmbər (s) hamıya qayğı və rəğbət bəsləyir. Yalnız onunla eyni fikirdə olan insanlara deyil. Buna görə də İslam Peyğəmbəri (s) bir qrupun deyil, bütün insanların rəhbəridir.

İslam Peyğəmbərinin (s) rəftarına əsasən, belə qənaətə gəlmək olar ki, ilahi rəhbər ilə cəmiyyət əhli arasında bir növ qəlb və iman əlaqəsi mövcuddur. Onlar cəmiyyəti o qədər mərhəmətlə idarə edirlər ki, insanların hidayəti, səadəti və imanı yolunda canlarını riskə atırlar.

Dini cəmiyyətlərdə cəmiyyət rəhbərlərinin mühüm missiyası və vəzifəsi xalqın könüllü imanı üçün bütün səylərini əsirgəməməkdir. Həmçinin xalqın ilahi hökumətə və təlimlərə iman gətirməsinə zəmin yaratmaqdır.

Əksər hallarda ilahi cəmiyyətlərin rəhbərləri öz ixtiyarlarına uyğun olaraq insanları dəvət edib hidayət edirlər. Yəni xalqın ixtiyar və qərar sahəsinə qarışmamalıdırlar. Əlbəttə, bu ixtiyarın hüdudları vardır. Bəzən cəmiyyət rəhbərinin qəti qərar verməsi zəruri və vacib ola bilər. Məsələn, o yerdə ki, xalqın ixtiyar və qərarı cəmiyyəti təhlükəyə atır. Odur ki, İslam təlimlərinə görə, cəmiyyətdəki insanlar öz ixtiyarları ilə başqalarının və cəmiyyətin hüquqlarını təhlükə altına qoyduğu hallar istisna olmaqla, ilahi və dövlət təlimləri və əmrlərini öz ixtiyarları ilə yerinə yetirməlidirlər./iqna