Qazaxıstanda dünyanın ən böyük məscidlərindən birinin açılışı olub - VİDEO

Qazaxıstanda dünyanın ən böyük məscidlərindən birinin açılışı olub – VİDEO

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Mərkəzi Asiyanın ən böyük məscidinin açılışı olub.

Məscidin tikintisi üç il davam edib.

Yeni məscidin açılışında iştirak edən Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bildirib ki, dünyanın 10 ən böyük məscidi sırasına daxil olan tikilinin açılışı bütün ölkə müsəlmanları üçün əlamətdar hadisədir.

“Məscidin tikintisinə özəl investorlar dəstək veriblər. Tikinti üçün ölkə büdcəsindən vəsait ayrılmayıb”, – Nursultan Nazarbayev vurğulayıb.

Nazarbayev həmçinin qeyd edib ki, yeni məscid və ona bitişik park yerli sakinlər və paytaxta gələn turistlər üçün yeni cəlbedici məkana çevriləcək.

Mənbə: Sputnik Qazaxıstan