QARDABANİDƏ QƏDİR-XUM BAYRAMI TƏDBİRLƏ QEYD OLUNUB

QARDABANİDƏ QƏDİR-XUM BAYRAMI TƏDBİRLƏ QEYD OLUNUB

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bu gün Qardabanidə şəhərin inanclı sakinlərinin iştirakı ilə tədbir təşkil olunub.

Quran tilavəti ilə açıq elan olunan tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov, Gürcüstan Ruhaniləri Heyətinin dəyərli üzvləri Hacı Namiq Hüseyniv və Hacı Rahid Kərimov “Qədir-xum” bayramının mənası, tarixi həqiqəti, imamətin Quran və hədislərin işığında isbatı, zərurəti və önəmindən danışıblar.  Dinimizin kamil olduğu hadisə ilə bağlı Quran ayələrini izah edib, hadisənin sırf bir tarixi hadisə olmadığını, bəlkə İslamın və bəşəriyyətin talehini həll edəcək önəmli missiya olduğunu izah ediblər.

Sonda tədbir iştirakçıları bayram şirniyyat süfrəsi ətrafında bir araya gəliblər.