Qardabaninin Qaracalar kəndində iftar süfrəsi təşkil olunub

Qardabaninin Qaracalar kəndində iftar süfrəsi təşkil olunub

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Qardabani rayonunun Qaracalar kəndində 700 nəfərlik iftar süfrəsi təşkil olunub.

Kəndin xeyirxah insanları tərəfindən təşkil olunan iftarda ətraf rayon və kəndlərdən müsəlmanlarla yanaşı Gürcüstan Müsəlmanları idarəsinin şeyx və müftisi, Qardabani rayon meri və yerli idarə etmənin əməkdaşları, Azərbaycan və Türkiyə səfirliklərinin nümayəndələri də iştirak ediblər.

Belə iftar süfrələrinin təşkil olunmasında məqsəd müsəlmanların birgə vəhdət şəkilində, bir süfrə ətrafında Ramazan sevincini yaşamaqdan ibarətdir.

Ölkəmizin müxtəlif rayon və kəndlərində bu və digər belə iftar süfrələrinin təşkilində zəhməti keçən hər kəsdən Allah qəbul etsin.

Allah tutuğunuz orucları etdiyiniz dua və ibadətləri qəbul etsin. Amin!