Qahirədə “Zahir Baybars” məscidi iki əsrdən sonra yenidən istifadəyə veriləcək

Misirdə Fransa və İngiltərə müstəmləkəçiliyi dövründə bu işğalçılar tərəfindən hörmətsizliyə uğrayıb və istifadəsini dəyişdirən Qahirədə “Zahir Baybars” tarixi məscidi 20 illik bərpa prosesi başa çatdıqdan sonra tezliklə istifadəyə veriləcək.

“Zahir Baybars” məscidi Qahirənin köhnə məscidlərindən biridir. Bərpa işləri başa çatdıqdan bir neçə gün sonra böyük mərasimlə istifadəyə veriləcək.

Bu məscid Misirin ən möhtəşəm və ən böyük məscidlərindən biridir. şahlar sülaləsinin dördüncü sultanı Zahir Baybars tərəfindən miladi 1266-cı ilə bərabər olan 665-ci qəməri ilində tikilmişdir.

“Zahir” məscidi iki əsrdən çox əvvəl dağıdılıb və onun funksiyası dəfələrlə dəyişdirilib. Bu məscid müxtəlif dövrlərdə kazarma, çörək zavodu və ya sabun zavodu olub. Daha sonra Misiri işğal edən ingilislər zamanı qəssabxanaya çevrilib. Belə ki, məscidin ətrafındakı meydan Misir xalqı arasında “İngilis qəssabxanası” kimi tanınırdı./iqna