Qərbdəki müsəlman ailələrinin böyük problemi

Qərbdəki müsəlman ailələrinin böyük problemi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“Qərbdə müsəlman qadınların və ailələrin problemləri” adlı vebinar keçirilib. Bu vebinar, İngilis dilində olub. Bu vebinar, İQNA Xəbər Agentliyi, İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatı, Əz-Zəhra (s) Universitetinin əməkdaşlığı ilə keçirilib. Həmçinin bu vebinarda Əz-Zəhra Universiteti Sosial və İqtisadi Elmlər Fakültəsi Qadın və Ailə Araşdırmaları kafedrasının dosenti Əfsanə Təvəssüli, İslami məsələlər üzrə tədqiqatçı və müəllim və Londonda “Ləbbeykə ya Zəhra” Təşkilatının qurucusu Seyyid Ümmü Fərvə Nəqəvi və Tehran Universitetinin İslam Təhsili və Düşüncə Fakültəsinin müəllimi Həkimə Səqqa Biria iştirak edib.

Bu vebinarda qeyd olunub ki, Qərb ölkələrinə gələn müsəlman ailələr üçün irqçilik və ayrı-seçkilik kimi çətinliklər həmişə mövcud olub. O, mövcud təhsil sistemini ən mühüm problem hesab edərək deyib: “Bu sistem çox təhlükəli, kapitalist və İslama zidd bir yanaşmaya malikdir.”/technote