İsrailin oktyabrın 7-dən bəri blokada və sıx bombardman altında olan Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində həyatını itirən mətbuat mənsublarının sayının 38-ə yüksəldiyi bildirilib.
Fələstin Jurnalistlər Birliyinin Facebook səhifəsində edilən açıqlamada 7 oktyabrdan sonra İsrailin hücumları nəticəsində 25 fələstinli jurnalist və 13 media işçisinin həyatını itirdiyi açıqlanıb.
Açıqlamada ən azı 35 jurnalistin evinin bombardman edildiyi və sözügedən jurnalistin onlarla qohumunun həlak olduğu bildirilib.
Həmkarlar ittifaqı bu hücumlarda həyat yoldaşı və iki uşağı şəhid olan Əl-Cəzirə əməkdaşı jurnalist Vail Dahduhun evinin bombalanmasının məqsədyönlü olduğuna diqqət çəkib.
Açıqlamada İsrailin sistemli siyasət yürütərək fələstinli jurnalistləri hədəf aldığına diqqət çəkilərək, İsrail ordusunun 2000-ci ildən oktyabrın 7-dək 55 fələstinli jurnalisti öldürdüyü bildirilib./iqna