ABŞ-da aparılan araşdırma ilə bağlı hesabatın açıqlanması sosial şəbəkələrə sahib olan şirkətlərin 89%-nin müsəlmanların bu şəbəkələrdəki fəaliyyətlərinə edilən şikayətlərə biganə qaldığını göstərib.
2022-ci il Dini Etiqad Azadlıqları üzrə İllik Hesabatda Kanada və Avropa Birliyində anti-islamofobiya ofislərinin yaradılması bir çox Qərb ölkələrində islamofobiya və müsəlmanlara qarşı nifrətin artmasına qarşı göstərdiyi səylərə görə təşəkkür edilir.
Hesabatda Hindistanda müsəlmanlara qarşı nifrət sözlərinin yayılması, eləcə də Myanmanın Rohingya azlığını sıxışdırmaq praktikası tənqid edilib.
Konqresin illik hesabatında müxtəlif ölkələrdə dini azadlıqlar və dini azadlıqların vəziyyətindən bəhs edilir. Həmçinin hökumətlərin bu sahədə fəaliyyəti qiymətləndirilir.
2023-cü ilin yanvarında Kanada ölkədə müsəlmanlara qarşı silsilə hücumların səbəb olduğu islamofobiya ilə mübarizə üçün ilk dəfə xüsusi nümayəndə təyin etdi. Bu hərəkət bu ölkənin baş naziri tərəfindən müsbət qarşılanıb və islamofobiya ilə mübarizədə mühüm addım kimi qiymətləndirilib./iqna