Peyvəndə qarşı çıxıb həkimləri girov götürdülər

Peyvəndə qarşı çıxıb həkimləri girov götürdülər

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Qvatemalada COVID-19-a qarşı peyvənddən imtina edən qəsəbə sakinlərinin etirazı fərqli nəticələrə səbəb olub.

Ölkənin Alta Verapaz əyalətinin Nahuila qəsəbəsinin sakinləri vaksinasiya üçün buraya gələn 11 tibb işçisini girov götürüb, vaksinləri isə məhv ediblər.

Rəsmilər qəsəbə sakinlərinin daha öncə də peyvənddən imtina etdiklərini bildiriblər. Amma onlar ilk dəfədir belə ciddi durumla üz-üzə qaldığını qeyd ediblər.

Yalnız polisin müdaxiləsindən sonra tibb işçiləri sərbəst buraxılıb.

Qeyd edək ki, indiyədək Qvatemalada 14 minə yaxın insan koronavirusdan dünyasını dəyişib. Buna baxmayaraq, bu günə qədər ölkə əhalisinin sadəcə 25 faizi birinci doz vaksin vurdurub. İkinci dozdan istifadə edənlərin sayı isə 14 faizə bərabərdir.