Peyğəmbərin (s) müjdəsi və insanların seçim azadlığı

Peyğəmbərin (s) müjdəsi və insanların seçim azadlığı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Höccətül-islam vəl-müslimin Məhəmməd Suruş Məhəllati “İmam Hüseyn (ə), müqəddəslik, iradə azadlığı və insanın azadlığı” adlı toplantıda çıxış edib. Onun çıxışından bir hissəni diqqətinizə çatdırırıq:

Kərbəla hərəkatında nəzərə alına biləcək məsələlərdən biri də budur ki, İmam Hüseyn (ə) düşmən cəbhəsi qarşısında azlıqda olduğunu bilsə də, bir neçə mərhələdə öz səhabələri arasında elan etdi ki, kim getmək istəsə, getsin, getməkdə azaddır. Yolda Müslümün şəhadət xəbərini eşidəndə həzrət buyurdu ki, Kufədə vəziyyət dəyişib kim getmək istəyirsə, getsin. Aşura gecəsi sabah bütün səhabələrin şəhid olacağı bəlli oldu. O həzrət yenə öz səhabələrini toplayıb buyurdu ki, kim getmək istəyir, gedə bilər. Hətta Aşura günü bəzi səhabələr meydanı tərk etmək üçün icazə istədilər və o həzrət də onlara icazə verdi.

Bu, təhlükəli vəziyyətdə seçim haqqına hörmət etmək, yəni İmamı (ə) tək buraxmağı seçmək məsələsidir. İslam hər zaman fərdin seçimə layiq olmadığı halda seçim azadlığını tanıyıb. Quranda çoxlu ayələr vardır ki, onun mənası budur ki, insanın hidayət yolu ilə getməkdə azadlığı və ixtiyarı var. Yəni peyğəmbərlərin hidayətdə rolu yolu təmin etməkdir. Yolu təmin etdikdən sonra isə , Peyğəmbərin (s) işi bitdi və onu qəbul etməli olan insandır.

Mərhum Əllamə Təbatəbai “Əl-Mizan”da İbrahimin (ə) imaməti ilə bağlı olan ayənin altında qeyd edir ki, buradakı imamət ictimai və siyasi imamət deyil. Həqiqətdə, mənəvi bir əlaqə və bağlılıqdır. Allah yolunda addım atan insanı imam hidayət edir və onu məqsədə çatdırır. Buna görə də, bu əlaqə mənəvidir və qüdrət vasitələrinin istifadəsi ilə heç bir əlaqəsi yoxdur.

“Dəhr” surəsinin 29 və “Müzzəmmil” surəsinin 19-cu ayələrində belə gəlib: ” Həqiqətən, bu, bir xəbərdarlıq və öyüd-nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf bir yol tutar (ibadət və itaətlə Allaha yaxınlaşar)”.  Ona görə də müzakirə ixtiyar barədədir. Yəni hər kim istəsə, bu öyüd-nəsihətə əməl edər. “Təkvir” surəsinin 27-ci ayəsində də Quranın dünya əhli və bu yolda sabit olmaq istəyənlər üçün bir zikr olduğu bildirilir. “Furqan” surəsində buyurur: “De: Mən sizdən buna (dini, peyğəmbərliyi təbliğ etməyə) görə heç bir muzd (əvəz) istəmirəm, ancaq Rəbbinə tərəf doğru yol tapmaq diləyən kimsələr istəyirəm. (Furqan, 57). “Sad” surəsinin 86-cı ayəsində də bu məsələyə təkid olunur: “(Ya Peyğəmbər!) De: “Mən buna (risaləti, Allahın hökmlərini təbliğ etməyə) görə sizdən heç bir əcr (mükafat) istəmirəm. Və mən özümdən bir şey uydurub deyənlərdən də deyiləm! (Allahdan mənə nə vəhy olunursa, yalnız onu sizə çatdırıram. Bu Quran mənim sözüm deyil, Allah kəlamıdır!)”. Bu məzmun “Nəbə” surəsinin 39-cu ayəsində də təkrar edilmişdi: “Bu, haqq olan gündür. Kim dilərsə, (iman gətirib ibadət və itaət etməklə) Rəbbinə tərəf qayıdan bir yol tutar!”.

Əllamə Təbatəbai “Furqan” surəsinin 57-ci ayəsinin altında demişdir ki, Allah yol seçimini insanın iradəsindən asılı etmişdir. Belə deyil ki, insanı zorla bu yola yönəldib cənnətə aparsınlar. Ayə göstərir ki, insan Peyğəmbər (s) tərəfindən tam azaddır. Peyğəmbərin (s) vəzifəsi risaləti çatdırmaqdır. O, vurğulayır ki, heç bir məcburiyyətdən söhbət gedə bilməz. Çünki Peyğəmbərin (s) Allah yanında müjdə vermək və xəbərdarlıq etməkdən başqa bir vəzifəsi yoxdur.

Peyğəmbər (s) qorxudan və müjdə verəndir

Peyğəmbər (s) ancaq hər iki yolun sonu ilə bağlı xəbərdarlıq və müjdə verir. Əks halda o, xalqın adından vəkil deyil. İnsanlar öz işlərində azad seçim edirlər. Əgər kimsə qəbul etməsə, qalanı Allahın əlindədir. Bir qövmü və ya insanı necə cəzalandırmağı, bu cəzanın dünyada və ya axirətdə olmasını Allah bilir.

“İnsan” surəsinin 3-cü ayəsində oxuyuruq: “Biz ona yol göstərdik, istər şükür edib, istərsə də nankor olsun”. Əllamə də vurğulayır ki,  insanın iradə azadlığı rəsmiyyətə tanınır./iqna