Pensilvaniya ştatında məktəb tətillərinə Fitr bayramı əlavə edilib

Pensilvaniya ştatında məktəb tətillərinə Fitr bayramı əlavə edilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

ABŞ-ın Pensilvaniya ştatında məktəb rəsmiləri məktəbin təqviminə İslam bayramı olan Fitr bayramını əlavə etməyi düşünürlər. Bu tətillər 2022-2023-cü tədris ilinin başlaması ilə əlavə olunacaq.

South Council Rock Liseyinin şagirdi İman Əziz, 2022-2023 məktəb təqviminə bu tətilin əlavə edilməsi üçün idarə heyətinə müraciət edib.

İman Əziz deyib: Bu bayram müsəlmanlar üçün mühüm bayramdır. Bu bayramı layiqincə qeyd etmək üçün bir çox şagird bu gün məktəbə getmir. Lakin onlar yaşlandıqca bu tətillər daha əlçatmaz olur. Bir gün dərsdən yayınsanız, ev tapşırığını yerinə yetirməlisiniz. Nəticə etibarı ilə bir çox tələbə o günü tətil etməyərək məktəbə getməyə üstünlük verir. Çünki dərsləri buraxmaqdan stress keçirirlər.

Əzizin sözlərinə görə, bir çox başqa məktəblər artıq bayramı təqvimlərində bayram kimi qəbul etməyə başlayıblar./iqna