Pakistanda leysan yağışlar 937 nəfərin həyatına son qoyub – Video

Pakistanda leysan yağışlar 937 nəfərin həyatına son qoyub – Video

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İyunun 14-dən bu günədək Pakistanda leysan yağışlar nəticəsində ölənlərin sayı 937 nəfərə çatıb.

Həyatını itirənlərin 343-nü uşaqlar, 198-ni qadınlar təşkil edir.

Rəsmilər daşqınların 30 milyon insana təsir etdiyini və onların əksəriyyətinin köçkün düşdüyünü bildirib.

Ölkə üzrə 670 min 328 evə ziyan dəyib, 145 körpü dağılıb.

Sel 3 min 82 kilometr magistral yola ziyan vurub.

Leysan yağışları səbəbindən ölkədə fövqəladə vəziyyət elan edilib.

Digər tərəfdən, Nazirlər Kabinetinin üzvləri və generallar aylıq maaşlarını daşqından zərər çəkənlər üçün yaradılan yardım fonduna köçürüblər.

Baş nazir Şahbaz Şərif daşqından zərər çəkmiş ərazilərdə yardım və bərpa işlərində əməkdaşlıq üçün xarici ölkələrin səfirləri ilə görüşüb.

Daşqınlarla mübarizə aparan Pakistana Dünya Bankının 350 milyon, Dünya Ərzaq Proqramının 110 milyon, Asiya İnkişaf Bankının 20 milyon və İngiltərənin 40 milyon dollar yardım göndərəcəyi açıqlanıb./shafaqna