Pakistanda kamikadze terroristin özünü partlatması nəticəsində azı 52 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Pakistanda kamikadze terroristin özünü partlatması nəticəsində azı 52 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.

Yerli KİV-in yaydığı məlumatda qeyd olunduğu üzrə, partlayış Belucistan bölgəsində məscidin yaxınlığında yerli sakinlər yürüş keçirərkən baş verib.

“Düşmən əcnəbilərin xeyir-duasıyla Belucistanda dini tolerantlığı və sülhü məhv etmək istəyir. Partlayış dözülməzdir” – deyə Belucistanın informasiya naziri vəzifəsinin icraçısı İan Açakzai bildirib./1tv