Pakistanda ərzaq yardımı zamanı yaşanan izdiham nəticəsində 11 nəfər ölüb

Pakistanın Kəraçi şəhərində fabrik işçilərinə pulsuz ərzaq paylanması zamanı izdiham yaşanıb. Hadisə nəticəsində 11 nəfər həyatını itirib, 6 nəfər də yaralanıb.

Yerli mətbuat orqanların yaydığı məlumata əsasən, şəhərin Site rayonundakı bir fabrik işçilərin ailələrinə pulsuz ərzaq paylanacağı açıqlanıb. Yaranan izdihamda 8-i qadın, 3-ü uşaq olmaqla 11 nəfər həyatını itirib, 6 nəfər yaralanıb.

Polisin yardım paylaşımını təşkil edən 7 nəfəri saxladığı bildirilib.